Amerika Birləşmiş Ştatlar qırıcılarının Kanada və Alyaska üzərində vurduğu naməlum obyektlərin şarlar olduğuna inanılır.
Aktualtv.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlar Konqresində senatorların lideri Çak Şumer Prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivandan aldığı məlumatı paylaşarkən belə deyib.
Onun sözlərinə görə, şarlar ötən həftə Atlantik okeanı üzərində vurulan Çin şarından nisbətən kiçik olub.
“Hərtərəfli təhlil aparılana qədər, biz hər bir balona ayrı-ayrılıqda nəzər salmalıyıq. Bəli rəsmilər onların da balon olduğuna inanır. Ancaq daha kiçikdirlər. biri Kanada, digəri Alyaska üzərində 40 min fut yüksəklikdə uçublar. Bunların kommersiya təyyarələri üçün təhlükə olduğu müəyyən edilib”. -deyə Çak Şumer qeyd edib.
Səbinə Kərimova / aktualtv.az










