“Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” – Video

Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binanın altından 138 saat sonra çıxarılan Emine Doğulunun sözləri diqqət çəkib.

Aktualtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı qadının təcili yardım xidmətinin işçiləri ilə söhbəti hər kəsin marağına səbəb olub. Belə ki, o, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilində olarkən “Qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” sözlərini deyib. Bunun qarşılığında tibbi personal ona ən yaxşı xidməti göstərəcəyini bildirib.

Emine Doğulu təcili yardım maşını ilə səhra xəstəxanasına yerləşdirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]