Macarıstan nazirinin qızı Türkiyədə axtarış-xilasetmə işlərinə QOŞULDU

Macarıstanın ictimai diplomatiya üzrə dövlət naziri Zoltan Kovacs, qızı və itinin Türkiyədə baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işlərində iştirak etdiyini bildirib.

Kovacs Macarıstanın Ankaradakı səfirinin Macarıstanın axtarış-xilasetmə qrupunun işini əks etdirən yazısına istinad edərək, “Qızımı görməkdən qürur duyuram. İlka və Nila Türkiyədə həyatları xilas edir” yazıb.

Kovacs daha əvvəl qızı İlka və iti Nilanın Macarıstan İslahatçı Kilsə komandası ilə birlikdə axtarış-xilasetmə işləri üçün Türkiyəyə getdiyini bildirmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]