Qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan ana DANIŞDI

Kahramanmaraşda bir-birinin ardınca baş verən və “əsrin fəlakəti” adlandırılan zəlzələlərdən sonra bölgədən kədərli xəbərlərlə yanaşı möcüzəvi heyakələrdə eşidirik.

“Unikal” xəbər verir ki, axtarış-xilasetmə qrupları ümidlə işlərini davam etdirərkən, qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan Necla Camuz möcüzəvi qurtuluşunu İngiltərənin BBC telekanalına danışıb.

Belə ki, Necla Camuz yanvarın 27-də dünyaya gələn ikinci oğluna Yağız adını verib. Cəmi 10 gün sonra, saat 04:17-də Necla Hataydakı evində uşağını əmizdirərkən oyaq olub. Bir neçə saniyə sonra onlar dağıntılar altında qalıblar.

“Zəlzələ başlayanda mən həyat yoldaşımın yanına getmək istədim, o da mənə tərəf gəlirdi. 3 yaşlı oğlum atası ilə birlikdə idi. Qarderob onların üstünə düşdü və hərəkət etmək mümkün olmadı. Zəlzələ gücləndikcə divar uçdu, otaq titrədi, bina yerindən tərpəndi. Mən qucağımdakı körpə ilə bir mərtəbə aşağı yıxıldığımızı hiss etdim. Həyat yoldaşıma zəng vurdum, cavab verən olmadı”.

Bildirək ki, 33 yaşlı Necla və körpəsi təxminən dörd gün dağıntılar altında qalıb. Hazırda o ailəsi ilə birlikdə çadırda yaşayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]