İran Ukraynaya müdaxilə zamanı istifadə üçün kontrabanda yolu ilə Rusiyaya PUA-lar göndərib.
Bunun üçün qayıq və dövlət aviaşirkətindən istifadə edib. The Guardianın məlumatına görə, PUA-ların böyük əksəriyyəti Xəzər dənizindəki İran bazasından məxfi şəkildə daşınıb, bir qismi isə aviaşirkətlə aparılıb.
Aktualtv.az xəbər verir ki, qəzet hesabatı hazırlayarkən İrandakı mənbələrinə istinad edib.
Ötən ilin noyabrında rusiyalı texnik və zabitlərin Tehrana səfərindən sonra Rusiyaya ən azı 18 PUA göndərilib. Səfər zamanı ruslar 6 “Mohajer-6” və 12 “Shahed-191” və “Shahed-129” PUA-larını götürüb. Bu PUA-lar partlayıcıları daşıdıqdan sonra geri qayıda bilirlər. Hesabata əsasən sentyabrdan etibarən Ukraynaya “Mohajer-6” PUA-ları ilə zərbə endirilir.
Qeyd olunur ki, kütləvi bombardman nəticəsində Rusiyanın raketləri bitmək üzrədir. Odur ki, Moskva Şimali Koreya və İrandan asılı haldadır.
Murad Həsənov / aktualtv.az










