Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama YAYDI

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ bölgəsindən müalicə üçün Azərbaycana gətirilən uşaqlarla bağlı açıqlama yayıb.

Səfirlikdən  bildirilib ki, həmin uşaqlar Azərbaycan vətəndaşlarının övladlarıdır.

“Ölkəmizdəki zəlzələ bölgələrindən 10 uşağın Azərbaycana gətirilməsi ilə bağlı bəzi mətbuat orqanlarında xəbərlər dərc olunub. Qeyd edilən xəbərlərdə tam olmayan məlumatlar var. Həmin uşaqlar zəlzələ zonalarından təxliyə edilmiş Azərbaycan vətəndaşı olan qardaşlarımızın övladlarıdır. Onlara keçmiş olsun deyir, şəfa diləyirik”, – səfirliyin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]