Zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri – Büdcənin azalmağına səbəb olacaq – Özəl

Fevralın 6-da baş verən zəlzələ Türkiyə iqtisadiyyatına 84 milyard dollardan çox ziyan vura bilər.

Aktualtv.az xəbər verir ki, bu barədə “Bloomberg”, Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən məlumat yayıb. Bildirilib ki, Türkiyədə iki güclü zəlzələnin milli iqtisadiyyata 84 milyard dollardan çox və ya ÜDM-in təxminən 10%-i həcmində zərər vura biləcəyi gözlənilir.

Məlumata görə, yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq. Daha 2,9 milyard dollarlıq zərər Türkiyə iqtisadiyyatına işçi qüvvəsi itkisinə görə dəyəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]