30 ildə ilk dəfə – Rusiya gəmiləri dənizə nüvə silahı ilə çıxdı – Özəl

Norveç Kəşfiyyat Xidməti illik hesabatında Rusiyanın Şimal Donanmasının gəmilərinin göyərtəsində taktiki nüvə silahı ilə 30 ildə ilk dəfə dənizə çıxdığını açıqlayıb.

Aktualtv.az xəbər verir ki, xidmət qeyd edib ki, sovet dövründə bu, mütəmadi olaraq baş versə də, “soyuq müharibə” başa çatdıqdan sonra bu təcrübəyə son qoyulub. Nüvə silahları NATO ölkələrinin iştirak edə biləcəyi əməliyyatlar zamanı xüsusilə ciddi təhlükə yaradır.

Norveç kəşfiyyatının məlumatına görə, nüvə potensialının mərkəzi hissəsi Şimal Donanmasının sualtı qayıqlarında və yerüstü gəmilərdə yerləşir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]