Aİ Rusiyadan nə qədər qaz idxal edib? – Özəl

Rusiyadan boru kəmərləri ilə gələn qaz bu ilin ilk 5 həftəsində Aİ-nin “mavi yanacağın” ümumi idxalının təxminən 7,5%-ni əhatə edib.

Aktualtv.az xəbər verir ki, bunu Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni bildirib. Onun sözlərinə görə, 2023-cü ilin ilk beş həftəsində Rusiyadan gələn boru kəməri Aİ-nin ümumi qaz idxalının təxminən 7,5%-ni təşkil edib. Eyni dövrdə 2021-ci ildə orta hesabla bu rəqəm 37%-ə bərabər olub.

Gentiloni qeyd edib ki, Avropa Komissiyası cari rübün sonundan gec olmayaraq İttifaq üçün “mavi yanacağın” birgə alınması mexanizmini işə salmaq niyyətindədir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]