Türkiyənin Hatay şəhərində zəlzələdən dağılan “Tower” binasının podratçısı Ömər Cihan həbs edilib.
Aktualtv.az xəbər verir ki, Cihan İnşaatın sahibi Manavqat Titrəyəngöldəki oteldə saxlanılıb. Gecəni jandarmada keçirən Cihan, proseslər tamamlandıqdan sonra Manavqat Ədliyyəsinə aparılıb. Daha sonra həbsxanaya göndərilib.
Qeyd edək ki, Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi Nazirliyi zəlzələdən təsirlənən 10 əyalətdə 1 milyon 586 min 901 ev və iş yerindən ibarət 307 min 763 binanı araşdırıb. 41 min 791 binanın təcili sökülməsinə qərar verilib. Qaziantepin Nurdağı mahalı isə yenidən tikiləcək. Hazırda Nazirlik Kayseri, Niğde və Kilis də daxil olmaqla 13 vilayətdə zərərlə bağlı qiymətləndirmə aparır.
Ayın sonuna kimi bütün əyalətlərdə tikinti işlərinə başlanılacaq.
Etibar Məmmədov / aktualtv.az










