İranda 1 milyona yaxın şagird təhsili tərk edib – Özəl

İranın təhsil nazirinin müavini ölkədə 960 min şagirdin təhsili tərk etdiyini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Məhəmməd Mehdi Kazimi mediaya verdiyi açıqlamada bildirib. O, bunun əsas səbəblərinin mədəni problemlər, yoxsulluq və erkən evlilik olduğunu deyib.

Bundan bir neçə gün öncə mətbuatda yeni təhsil ilinin ilk 4 ayı ərzində şagirdlərin yalnız 38 faizinin dərslərdə davamlı iştirakı barədə məlumat yazılıb. Bir müddət əvvəl İran parlamentinin tədqiqatlar mərkəzi son 5 ildə təhsili yarımçıq qalan məktəblilərin sayının 17 faiz artdığını açıqlayıb. Qərbi Azərbaycan əyalətinin adı da uşaqların təhsildən ən çox uzaqlaşdığı 5 əyalət içərisindədir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]