Münaqişə uzandıqca ABŞ Ukraynaya dəstəyini daha da artıracaq – Özəl

ABŞ Rusiya ilə münaqişə uzandıqca öz döyüş təyyarələrini Ukraynaya göndərə və ya digər ölkələrdə xidmətdə olan F-16 qırıcılarının təkrar ixracına icazə verə bilər.

Aktualtv.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Bildirilib ki, qırıcı təyyarələrin tədarükü bu gün NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq. İki davam edən görüşdə alyansın müdafiə və çəkindiricilik imkanlarının gücləndirilməsi, Ukraynaya dəstək məsələlərinin müzakirə ediləcəyi bildirilib.

NATO Baş katibi Yens Stoltenberq isə qeyd edib ki, iclasda digər məsələlərlə yanaşı alyansın Rusiyanın təhdidinə məruz qalan tərəfdaş ölkələrə – Gürcüstan, Bosniya-Hersoqovina və Moldovaya praktiki yardımı da müzakirə ediləcək.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]aktualtv.az