ABŞ Rusiya ilə münaqişə uzandıqca öz döyüş təyyarələrini Ukraynaya göndərə və ya digər ölkələrdə xidmətdə olan F-16 qırıcılarının təkrar ixracına icazə verə bilər.
Aktualtv.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Bildirilib ki, qırıcı təyyarələrin tədarükü bu gün NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq. İki davam edən görüşdə alyansın müdafiə və çəkindiricilik imkanlarının gücləndirilməsi, Ukraynaya dəstək məsələlərinin müzakirə ediləcəyi bildirilib.
NATO Baş katibi Yens Stoltenberq isə qeyd edib ki, iclasda digər məsələlərlə yanaşı alyansın Rusiyanın təhdidinə məruz qalan tərəfdaş ölkələrə – Gürcüstan, Bosniya-Hersoqovina və Moldovaya praktiki yardımı da müzakirə ediləcək.
Səbinə Kərimova / aktualtv.az










