Ukraynaya “Leopard 2” tankları tədarük edəcək ölkələrin adları açıqlanıb – Özəl

ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynaya Almaniya istehsalı “Leopard 2” tankları tədarük edəcək ölkələrin adlarını açıqlayıb.

Aktualtv.az xəbər verir ki, nazir Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimaka və Niderlandın Ukraynaya “Leopard 2” tanklarının tədarük edilməsi ilə bağlı birgə fəaliyyət göstərdiyini açıqlayıb. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ, Çexiya və Niderland Ukraynaya 90-dan çox T-72 tankının tədarük edilməsi üçün birgə işləyir.

Bundan başqa Polşa da Ukraynanın T-72 tankları ilə təmin edilməsi ilə bağlı qərar qəbul edib. Birləşmiş Krallıq isə Ukraynaya “Challenger” döyüş tanklarını göndərir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]