Zəlzələ nə qədər insana təsir edib? – Özəl

Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altında sağ çıxarılan insanların sayı 8 mindən çoxdur.

Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində xəsarət almış 81 mindən çox insanın əhəmiyyətli hissəsinin xəstəxanadan buraxılıb. Türkiyə Prezidenti qeyd edib ki, zəlzələdən təsirlənən insan sayı 20 milyona yaxınlaşıb.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 31 min 643 nəfər həlak olub, 80 min 270 nəfər yaralanıb. Ümumilikdə 158 min 165 nəfər digər şəhərlərə təxliyə olunub. Fəlakətdən 9 gün keçməsinə baxmayaraq hələ də dağıntılar altından xilas olunan insanlar var.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]