Bağçada uşaqlara yuxuya səbəb olan saqqız verilib – İnanılmaz hadisə – Özəl

İndiana ştatının İndianapolis şəhərində uşaq bağçasının keçmiş müdiri, valideynlərinin razılığı olmadan uşaqlara yuxu hormonu saqqızı verməkdə ittiham olunur.

Aktualtv.az xəbər verir ki, ABŞ məhkəmə sənədlərinə görə, keşiş Devid Folk polisə deyib ki, o, Kumberlenddəki Yeni Həyat Kilsəsi uşaq bağçasının direktoru, 52 yaşlı Tonya Rachelle Voris və bir işçinin 1-4 yaşlı 17 uşağa melatonin (yuxu hormonu) saqqızı verdiyini öyrənib.

Folk bildirib ki, Voris etiraf etdikdən sonra işdən çıxarılıb, lakin digər şəxs hələ də uşaq baxçasında işləyir.

Voris, himayəsində olan uşaqlara baxarkən səhlənkarlığına və məsuliyyətsiz davranışına görə 17 maddə ilə ittiham olunacaq.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]