Bakıda təhsil alan türkiyəli tələbə də zəlzələdə həlak olub – Foto

Fevralın 6-sı Türkiyədə baş verən dağıdıcı zəlzələdə Bakıda təhsil alan türkiyəli tələbə vəfat edib.

Aktualtv.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri – Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. O, 2021-ci ildə universitetin Əczaçılıq fakültəsindən məzun olub. Daha sonra Malatyada İnönü Universitetində magistratura təhsili alıb.

Fotoda Gündüz Nəzərzadə

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]