Bu ölkə kosmosa astronavtlarını göndərir – Özəl

Səudiyyə Ərəbistanı bu il kosmosa göndərməyi planlaşdırdığı kişi və qadın astronavtı müəyyən etdiyini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistan astronavtları Rayyane Bernavi və Ali Karni 2023-cü ilin ikinci rübündə AX-2 kosmos gəmisi ilə gedəcək.

Astronavtlar tədqiqat üçün kosmik stansiyaya göndəriləcək. Kosmik gəmi ilin ikinci yarısında ABŞ-dan yola düşəcək.

Proqram çərçivəsində astronavtlar Meryem Firdevs və Əli əl-Qəmdi də kosmosun tədqiqi ilə bağlı təhsil alacaqlar.

Səudiyyə Ərəbistanı Kosmik Agentliyi ötən ilin sentyabrında “Vision 2030” çərçivəsində kosmos proqramının işə salındığını açıqlamışdı. Bu proqramın kosmik sənaye sektorundan bəhrələnmək və bu sahədə araşdırmalara töhfə vermək məqsədi daşıdığı vurğulanıb.

Bu çərçivədə ilk astronavt komandasının 2023-cü ildə kosmosa göndərilməsinin planlaşdırıldığı və göndəriləcək komandada qadın astronavt olacağı da bildirilib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]