Fransa silahlı qüvvələri Kiyevə yardım zəminində sursat çatışmazlığı yaşayır, bu siyasətçilər arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqlarını artıra bilər.
Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı “Le Figaro” qəzeti verib.
Milli Assambleyanın (parlamentin aşağı palatası) deputatı Vinsent Brunun hesabatına görə, quru qoşunları 155 mm çaplı mərmi çatışmazlığı ilə üzləşib. Hesabatda bildirilir ki, “böyük toqquşma ehtimalını nəzərə alaraq, silah ehtiyatının həddən artıq qiymətləndirilməsinin tərəfdarıdıyıq”.
Qəzetin yazdığına görə, həm silah istehsalçıları, həm də Silahlı Qüvvələr Nazirliyi problemdən xəbərdardır. Müxtəlif növ barıt istehsalının kifayət qədər inkişaf etmədiyi və cari ehtiyaclara uyğun olmadığı ortaya çıxıb. Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi general Pyer Şil isə qeyd edib ki, istehsal maksimum səviyyəyə çatıb.
Nəşrin yazdığına əsasən, yaxın gələcəkdə “Ukraynanı dəstəkləyənlərlə milli müdafiə naminə ehtiyat toplamaq istəyənlər arasında gərginlik gözlənilməlidir”.
Əvvəllər 2010-2018-ci illərdə NATO Baş katibinin yeni çağırışlar üzrə köməkçisi vəzifəsində çalışmış Ceymi Şi Sky News-a deyib ki, NATO ölkələri “Ukraynaya kömək etmək üçün öz hərbi ehtiyatlarının böyük hissəsini xərcləyirlər” və bu problemi təcili həll etməlidirlər.
Murad Həsənov / aktualtv.az