Mübariz Mənsimovun zəlzələ bölgəsinə yardımı 25 milyonu keçdi – FOTOLAR

“Palmali Holding” Türkiyədə baş verən və minlərlə insan təlafatına səbəb olan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında ilk gündən yaxından iştirak edir. Təbii fəlakətdən ötən 10 gün ərzində “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun başlatdığı yardım kampaniyasının dəyəri artıq 25 milyon türk lirəsini aşıb.

Dəstək kampaniyasının davamı olaraq, zəlzələ nəticəsində evsiz qalan ailələr üçün çadır kəndi qurmaq məqsədilə “Palmali Holding”in İstanbuldakı könüllülərdən və şirkətin bir qrup əməkdaşından ibarət növbəti dəstə fəlakət bölgəsinə doğru yola çıxıblar.

Aktualtv.az xəbər verir ki, yolasalma mərasimində Mübariz Mənsimovun özü şəxsən iştirak edib

Bu qrupun missiyası fəlakət bölgəsində “Palmali” çadır şəhərciyini qurmaqdan ibarət olacaq. Bunun üçün artıq zəlzələ bölgəsində xüsusi yer də ayrılıb. Bundan əvvəl bölgəyə yollanan iki dəstə isə zərərçəkmişlərin qidalanmasına və ehtiyaclarının qarşılanmasına kömək edirlər.

Bundan başqa, azərbaycanlı iş adamı Mübariz Mənsimov evsiz qalan insanlar üçün Çindən prefabrik evlər sifariş edib. Həmin evlər 30 gün ərzində Türkiyəyə gətiriləcək və yaşayış məntəqəsi salınaraq ehtiyac sahiblərinə təqdim olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]