NATO Türkiyəyə sığınacaq yardımı edir – Özəl

Zəlzələdən zərər çəkən insanların sığınacağı üçün NATO Türkiyəyə yardım məqsədilə 1000 konteyner göndərəcək.

Aktualtv.az xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının İtaliyanın Taranto şəhərində yerləşən Cənub Əməliyyatlar Mərkəzinin anbarında saxlanılan konteynerlər daşınması üçün hazır vəziyyətə gətirilib. Prosesə gələn həftə başlanılacaq. NATO-ya məxsus istilik vasitələri, generatorlar, müalicə ləvazimatları ilə təhciz edilən konteynerlərdən ən azı iki minədək insanın istifadə edəcəyi gözlənilir.

Dünya Səhiyyə Təşkilatı isə zəlzələni son 100 ilin Avropada ən dəhşətli təbii fəlakəti kimi dəyərləndirib və beynəlxalq ictimaiyyəti hərtərəfli yardıma çağırıb. Hazırda 26 milyon insanın dəstəyə ehtiyacı var. UNICEF-in məlumatına görə, zəlzələ yeddi milyon uşağın həyatına təsir göstərib, minlərlə uşaq həlak olub.

Qeyd edək ki, Türkiyənin zəlzələ baş verən 10 vilayətində 4,6 milyon uşaq yaşayır.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]