Pakistanın baş naziri Şərif həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəlir – Özəl

Pakistanın baş naziri Şahbaz Şərif Türkiyədə “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gələcək.

Aktualtv.az xəbər verir ki, sabah Ankarada olması planlaşdırılan baş nazir Şərifin prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Zəlzələnin 3-cü günündə Türkiyəyə gələcəyini açıqlayan Şərif səfərini təxirə salmışdı.

Türkiyədə baş verən zəlzələlərin çox dağıdıcı olduğunu dilə gətirən Şərif, “Türkiyə tarix boyu zəlzələ, sel və çətin anlarda Pakistanın yanında olduğu kimi, bu kədər anında da bir ailə kimi Türkiyənin yanındayıq” deyib.

Zəlzələ nəticəsində minlərlə insanın həyatını itirdiyini və əhəmiyyətli maddi itkilər olduğunu xatırladan Şərif, “Zəlzələ günü qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanla danışdım. O vaxtdan bəri hava və quru yolu ilə yardım göndərməklə məşğuluq”-deyə əlavə edib.

Şərif Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Əmcəd Xan Niazinin Türkiyəyə böyük miqdarda yardım ləvazimatları göndərmək üçün gəmi təklif etdiyini bildirib və Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Beynəlxalq Hava Yollarının (PİA) Türkiyəyə personal daşımaqla məşğul olduğunu vurğulayıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]