Suriyanın mülki müdafiə qüvvələri dağıdıcı zəlzələdən sonra sağ qalanların axtarışı üçün əməliyyatın başa çatdığını elan edib.
Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb. Bazar ertəsi axşam saatlarında Suriyanın ən çox zərər çəkmiş bölgələrindən olan Latakiya vilayətində axtarış əməliyyatı başa çatıb. Bununla belə, dağıntıların təmizlənməsi üçün səylər davam edir. Qeyd edək ki, fevralın 6-da Türkiyənin ölkənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, on vilayətdə, eləcə də qonşu ölkələrdə hiss olunub.
Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, hökumətin nəzarətində olan ərazilərdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 5 800 nəfəri ötüb. 3 minə yaxın insan xəsarət alaraq xəstəxanalara çatdırılıb.
Etibar Məmmədov / aktualtv.az










