BBC Suriyanın zəlzələdən təsirlənən Candaris bölgəsinin peyk görüntülərini yayımlayıb.
Aktualtv.az xəbər verir ki, müxalifətin nəzarətində olan bölgədə xilasetmə işlərinə rəhbərlik edən “Ağ Dəbilqəlilər” qrupunun rəhbəri Candarisdəki vəziyyəti “dəhşətli mənzərələr” və “hər yerdə dağıntı” deyə təsvir edib. Fevralın 6-da Türkiyənin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 200-ə yaxın bina tamamilə dağılıb. Dəbilqəlilər dağıntılar altından 517 cəsədin çıxarıldığını, daha 813 yaralının sağ qaldığını bildirir. 4.6 milyon əhalisi olan bölgədə yaşayanların dörddə biri həyatını itirib. Sağ qalanlar isə humanitar yardıma möhtac şəkildə gözləyir.
Amma bu onlar üçün yeni problem deyil. Əhalinin 90%-nin fəlakətdən əvvəl də humanitar yardıma ehtiyac duyurdu.


Etibar Məmmədov / aktualtv.az










