TƏBİB-dən valideynlərə MÜRACİƏT

“Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur”.

TƏBİB-dən verilən məlumata görə, Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədovanın sözlərinə görə, hava-damcı yolu ilə keçən virus və infeksiyalar uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olur:

“Tez-tez xəstələnən uşaqların valideynləri bu kimi hallarda bəzən qeyri-tibbi müalicə üsullarına (çöpçülərə və s.) meyil göstərirlər.

Çöpçülər tərəfindən yuxarı tənəffüs yolu orqanlarından müxtəlif şəkildə əşyalar, meyvə tumları, ərzaq qırıntıları və s. kimi yad cisimlərin “çıxarılması” hallarına təsadüf olunur. Belə hallar orqanlarda zədələnmələrə, doğrudan da, yad cisim olarsa isə, onun ağciyərlərə keçməsinə, əlavə infeksiyaların və digər xəstəliklərin yaranmasına səbəb ola bilər.

Valideynlərə tövsiyəm budur ki, uşaqlarının narahatlıqları ilə bağlı ilk olaraq həkim-pediatra müraciət etsinlər. Pediatr yad cismin olması ilə bağlı şübhələndikdə pasiyenti qulaq, burun, boğaz, uşaq cərrahı həkiminə yönləndirə bilər. Belə olan halda körpələri və uşaqları təhlükəsiz şəkildə sağaltmaq mümkündür”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]