“Əl-Qaidənin yeni lideri İrandadır” – BMT hesabatı

Birləşmiş Millətlər Təşkilatının bu təşkilata üzv ölkələrin məlumatlarına əsaslanaraq hazırlanan hesabatında deyilir ki, İranda olduğu güman edilən misirli radikal islamçılardan biri hazırda Əl-Qaidə qruplaşmasının faktiki lideridir.

62 yaşlı Seyf əl-Ədl uzun müddətdir ki, ötən il Kabildə Amerikanın aviazərbələri nəticəsində öldürülən Eymən əl-Zəvahirinin mümkün varisi kimi xatırlansa da, Əl-Qaidə hələlik bunu ictimaiyyətə açıqlamayıb.

BMT-nin Təhlükəsizlik Şurasında “İslam Xilafəti və Əl-Qaidə”-yə qarşı sanksiyalara nəzarət komitəsinin bazar ertəsi dərc etdiyi sözügedən hesabatında deyilir ki, Taliban hakimiyyəti altında İran və Əfqanıstanla bağlı siyasi müstəvidəki həssaslıq indiyədək Seyfin Əl-Qaidədəki yeni rolunun rəsmi təsdiqinə mane olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]