BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

Birləşmiş Millətlər Təşkilatı ( BMT ) Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard dollar toplamaq çağırışı edib.

Bu barədə BMT- nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat xidməti məlumat yayıb .

“BMT humanitar təşkilatların fəlakətli zəlzələlərdən zərər çəkmiş 5 milyondan çox insana kömək edə bilməsi üçün Türkiyə üçün 1 milyard dollar toplamaq üçün təcili müraciət edib”, – bəyanatda deyilir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə , belə çətin bir zamanda türk ailələrinə dəstək olmaq və onlara lazımi yardım göstərmək lazımdır.

Sənəddə maliyyələşmənin 5,2 milyon nəfərə yönəldiləcəyi göstərilir. Resurslar yardım təşkilatlarına mənzil, ərzaq təhlükəsizliyi və təhsil sahələrində hökumətin reaksiya səylərini dəstəkləmək üçün öz fəaliyyətlərini sürətlə artırmağa imkan verəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]