Dağıntıların aradan qaldırılması prosesinə başlanıb – Özəl

Türkiyədə bu gündən etibarən axtarış-xilasetmə işləri ilə yanaşı ağır texnika vasitəsi ilə dağıntıların aradan qaldırılması prosesinə də başlanıb.

Aktualtv.az xəbər verir ki, prosesdən öncə dağıntılardan nümunələr götürülür, ardından isə artıq zəlzələ nəticəsində yaranan dağıntılar təmizlənir.

Qeyd edək ki, fevralın 6-sı səhərə yaxın və ondan 9 saat sonra Türkiyənin 10 şəhərində böyük dağıntılara və insan itkisinə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Nəticədə şəhərlərdə minlərlə bina dağılıb, ciddi zədə görüb. Zəlzələ nəticəsində bu günə qədər 36 min 187 nəfər həlak olub. Təbii fəlakət səbəbindən zəlzələnin təsir etdiyi ərazidə fövqəladə vəziyyət elan olunub.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]