Ermənistanda qarşıdurma – Vətəndaşlar nazirliyin əvvəlki binasını zəbt edib

Ermənistan müdafiə nazirliyinin keçmiş binasını qanunsuz şəkildə zəbt edərək orada məskunlaşan erməni ailələrlə polislər arasında qarşıdurma yaşanıb.

Aktualtv.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda nazirliyin köhnə binasında sakinlərin ərazidən çıxarılması istiqamətində əməliyyatlar aparılır.

Vətəndaşlar onlara əvvəlcədən heç kimin xəbərdarlıq etmədiyini iddia edərək polisə qarşı müqavimət gösrətib.

Qeyd olunub ki, 2022-ci ilin mayında hökumət binanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin balansına verib. 2022-ci ilin sentyabrından tədricən binada ailələr peyda olub.

Məlumata görə, hazırda binada 150-200 ailə yaşayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]