Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra başladılan beynəlxalq kampaniya çərçivəsində Meksika tərəfindən göndərilən 100 ton humanitar yardım materialı Adanaya çatıb.
Aktualtv.az xəbər verir ki, qida, geyim, ədyal, çadır, generator, tibbi və gigiyena ləvazimatları daşıyan yük təyyarəsi Meksika səfirliyinin ticarət və mədəniyyət attaşesi Mario Çaparro və Müdafiə və Hərbi Hava Qüvvələri Attaşesi Ernesto Velazquez Montoya tərəfindən qarşılanıb.
Çaparro bildirib ki, Meksika xalqı Türkiyədəki dostları və qardaşları ilə həmrəydir. Fəlakətlərdə beynəlxalq əməkdaşlığın təməl xarakterinə diqqət çəkən Çaparro Türkiyəyə kömək etməkdən və türk xalqını dəstəkləməkdən xoşbəxt olduqlarını dilə gətirib.
Meksikadan gələn axtarış-xilasetmə iti Proteonun iş zamanı həyatını itirdiyini xatırladan Çaparro, “Sosial şəbəkələr, e-poçtlar və hətta əlyazma məktublar vasitəsilə çox sayda insandan kömək və dəstək üçün təşəkkürlər aldıq” deyib.
Müdafiə və Dəniz Qüvvələri Nazirliyi və Meksika Qızıl Xaç Cəmiyyətindən 150 nəfərlik axtarış-xilasetmə qrupunun Adıyamanda bir həftəlik işdən sonra Türkiyəni tərk etdiyini bildirən Çaparro, zəlzələ bölgələrində qeyri-hökumət təşkilatlarından təxminən 100 personalın öz vəzifələrini davam etdirdiyini deyib.
Çaparro həmçinin Meksika hökuməti və xalqının başsağlığı diləklərini çatdırıb.
Büllur Məmmədova / aktualtv.az










