Rusiya kütləvi hücuma hazırlaşır – Tarix bəlli oldu – Özəl

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Rusiya fevralın 24-də, Ukraynanın işğalının ildönümündə kütləvi hücum planlaşdırır.

Aktualtv.az xəbər verir ki, Telemarafonda Danilov Ukraynanın zərbələrə hazır olduğunu və bu günün öhdəsindən gələcəyini əmin etdi.

“Biz buna hazırıq. Düşünürəm ki, bir gündə 115-120 raket atılandan sonra hücumların nə olduğunu anladıq. Bu gündən də keçəcəyik. Bəli, çətin olacaq, amma mümkün qədər sakit qalmalıyıq və hazırlaşmalıyıq. Başa düşməliyik ki, biz hər şeyə qalib gələcəyik”, – deyə Danilov bildirib.

Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, yayda həm cəbhədə, həm də müəyyən sahələrdə tam fərqli vəziyyətin şahidi olacağıq. Ukrayna əsgərləri güclü və vahid olsalar da, işğalçıların nə motivasiyası var, nə də niyə vuruşduqları ilə bağlı izahatı.

“İndi onların “yeni torpaqlar” ifadəsi var. Əvvəla, bu, “yeni” deyil, köhnə torpaqlarımızdır və biz onları sizə verməyəcəyik. İkincisi, müharibədən sonra bura kimin torpağı olacaq onu da görəciyik. Bir daha vurğulayıram: Rusiya Federasiyası parçalanacaq, əks halda bu, təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə yaradacaq. Bunu ağlı olan hər kəs anlayacaq”, – deyə Danilov qeyd edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]