“Taliban” Özbəkistan rəhbərliyinə söz verdi: Əlişir Nəvainin dağıdılan barelyefi bərpa ediləcək

“Taliban” hərəkatı klassik özbək şairi və filosofu Əlişir Nəvainin Məzari-Şərifdə dağıdılan barelyefinin bərpa olunacağına dair Daşkənd qarşısında öhdəlik götürüb.

Bu açıqlama ilə Özbəkistan xarici işlər nazirinin mətbuat katibi Axror Burxanov çıxış edib.

A.Burxanov bildirib ki, Özbəkistan hökumətinin Əlişir Nəvainin barelyefinin yandırılmasına dair sorğusuna cavab verən “Taliban” rəhbərliyi qarşı tərəfi əmin edib ki, bu vandalizm aktı heç bir halda “Taliban”nı hakimiyyətinin siyasi iradəsini əks etdirmir.

“Taliban” rəsmiləri görkəmli özbək mütəfəkkir və şair Əlişir Nəvainin dağıdılmış barelyefinin tez bir zamanda bərpa olunacağına dair vəd veriblər”, – deyə Axror Burxanov vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Əlişir Nəvai 1441-ci ildə Əfqanıstanın Herat şəhərində anadan olub. Özbək əsilli şair Türk xalqlarının ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.

Mənbə: “Sputnik” Əfqanıstan

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]