Türkiyə səfiri İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin onların tapşırığı ilə Türkiyəyə yardımları toplayıb göndərən şəxslərə təşəkkür edirəm”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə olduğu kimi, bu dəfə də Türkiyəyə qardaş əlini uzadıb:

“Türkiyədəki qardaşlarım qarın altında üşüdüyü halda mən isti evimdə otura bilmərəm” deyərək öz yorğan-döşəyini göndərən qardaş və bacılarımıza təşəkkür edirəm. Biz Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu problemin də öhdəsindən gələcəyik. Türkiyə xalqı Azərbaycanın dar gündəki dostluğunu heç vaxt unutmayacaq. Allah heç zaman bizlərə belə acı yaşatmasın”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]