Vilayət Eyvazov Cəlilabadda qəbul və sıra baxışı keçirdi – VİDEO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

DİN-dən verilən məlumata görə, nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 36-sı Vətən müharibəsi iştirakçısı, 4-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]