NATO-nun baş katibi Yens Stoltenberq zəlzələlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək və həmrəylik mesajı vermək üçün fevralın 16-da Türkiyəyə gəlir.
Aktualtv.az xəbər verir ki, NATO Müdafiə Nazirləri Toplantısından sonra keçirilən mətbuat konfransında NATO-nun Türkiyəyə dəstəyi və özünün Türkiyə səfəri ilə bağlı məlumat verən Y.Stoltenberq deyib:
“Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar bütün müttəfiqlər Türkiyəyə dərin hüznlə başsağlığı verir və dəstəyini ifadə edir. NATO müttəfiqləri və tərəfdaşları Türkiyəyə NATO dəstəyini artırmaqdadır. NATO-nun müttəfiqləri əlavə sığınacaq dəstəyi edəcək və bir neçə günə Türkiyəyə göndərəcəklər. Türkiyə prezidenti R.T.Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək, başsağlığı verəcək və dəstəyimizi ifadə edəcəyik. Görüşlərimiz zamanı NATO müttəfiqlərinin yardımlarının koordinasiyası da müzakirə olunacaq. NATO Müdafiə Nazirləri Toplantısının bütün iştirakçılarını strateji yardımı daha da dəstəkləməyə və artırmağa çağırırıq”.
Xatırladaq ki, fevralın 6-da mərkəzi Kahramanmaraşda olmaqla 10 rayon və Suriyada baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər minlərlə insanın həyatına son qoyub və “Əsrin fəlakəti” adlandırılıb.
Büllur Məmmədova / aktualtv.az