Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində fəaliyyət göstərən ölkələrin sayı açıqlanıb – Özəl

Bu an etibarilə Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində fəaliyyət göstərən ölkə sayı 74, heyət sayı isə 7098 nəfərdir.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosta-rikalı həmkarı ilə mətbuat konfransında deyib. Nazir qeyd edib ki, bəzi ölkələr Türkiyədə axtarış-xilasetmə işlərini tamamlayıb.

“Hazırda ölkəmizə axtarış-xilasetmə işləri üçün heyət göndərəcək ölkələr də var, gözlənilən heyət sayı isə 439 nəfərdir. Zəlzələ bölgəsində işlərini tamamlayıb ölkəmizi tərk edən ölkə sayı 15, heyət sayı isə 4236 nəfərdir. Mən bu ölkələrə və onların heyətlərinə ayrı-ayrılıqda təşəkkür edirəm”, deyə o qeyd edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]