“Ermənistana, Azərbaycana, həm də bütövlükdə regiona ismarışımız gərginliyi azaltmaq üçün bir yol tapmaq, əhatəli və davamlı sülh yoluna yenidən daxil olmağın vacibliyindən ibarətdir”.
Aktualtv.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan gərginliyi azaldaraq əhatəli və davamlı sülhə doğru fəaliyyət göstərməlidir. Mətbuat katibi BŞ-ın Azərbaycanla Ermənistan arasında danışıqlarda tutduğu roldan bəhs edərək bu istiqamətdə göstərilən səylərdə ikitərəfli və çoxtərəfli formatda iştirak etdiklərini vurğulayıb.
O, bundan sonra da prosesi irəliyə aparmaq üçün ölkəsinin çoxtərəfli strukturlar və qruplaşmalar vasitəsilə əllərindən gələni edəcəklərini vurğulayıb.
Büllur Məmmədova / aktualtv.az










