Deputat quru sərhədlərinin açılmasını TƏKLİF ETDİ

Milli Məclisdə quru sərhədlərin açılması təklif olunub.  

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. 

O bildirib ki, Naxçıvanla Türkiyə arasında quru sərhədlər açılıb:

“İndi də Gürcüstanla quru sərhədlər açılmalıdır ki, tələbələr rahat şəkildə ölkəyə qayıda bilsinlər. Əgər biz qorxuruq ki, onlar xəstəlik gətirərlər, bu elə deyil. Nəzərə çatdırım ki, həmin şəxslər təyyarə ilə də gəlirlər. Xəstəliklə bağlı hər hansı narahatçılığımız varsa, sərhəddə xüsusi tibbi məntəqə yaradıla bilər. Ölkə konstitusiyasına görə heç bir halda Azərbaycan vətəndaşının ölkəyə qayıtmasına maneə yaratmaq olmaz. Konstitusiyada bu açıq şəkildə qeyd olunub. Türkiyədə qalan tələbələr də burada oturan deputatlarla eyni vətəndaş hüquqlarına malikdirlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]