Hulusi Akar və NATO-nun baş katibi dağıntıları havadan izləyib – Özəl

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və NATO-nun baş katibi Yens Stoltenberq Hatayda zəlzələnin vurduğu ərazini havadan izləyib.

Aktualtv.az xəbər verir ki, Akar Baş katibə 10 əyalətdə baş verən zəlzələ və ondan sonrakı işlər barədə məlumat verib. NATO-nun Hatay vilayətində müvəqqəti yaşayış yerləri qurduğunu deyən Stoltenberq yaxın müddətdə minlərlə çadırı Türkiyəyə daşımaq üçün müttəfiqlərin strateji hava daşıma imkanlarından istifadə ediləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə və Suriyada ölənlərin ümumi sayı 41 mini keçib və evsiz qalan milyonlarla insanın humanitar yardıma ehtiyacı var.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]