“Laçın dəhlizinə görə Rusiya məsuliyyət daşıyır” – Borrel

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib.

O, həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqə saxlanıldığını vurğulayıb.

“Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dəstəyi ilə ali nümayəndə Borrel hər iki tərəflə sıx əlaqə saxlayır. Üçtərəfli bəyanata əsasən, o, sülhməramlı kontingentin nəzarətində olan Laçın dəhlizinə görə Rusiyanın məsuliyyətini qeyd etməlidir. Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərində problemin nəticələrinin aradan qaldırılması üçün ayırdığı humanitar maliyyə vəsaiti 2022-ci il üçün 3.6 milyon avro təşkil edib. Vəsait yerdə fəaliyyət göstərməyə qadir olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi üçün tam səfərbər edilib”, – deyə məlumatda bildirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]