Rusiya, Cənubi Afrika Respublikası və Çin birgə təlimlərə başlayıb – Özəl

Hind okeanında Rusiya, Cənubi Afrika Respublikası və Çinin “Mozi-2” kod adı altında birgə hərbi dəniz təlimləri başlayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə CAR-ın Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər fevralın 27-dək KvaZulu-Natal sahillərində Durban və Riçards körfəzi arasındakı akvatoriyada keçiriləcək. Çin təlimlərə bir esmines, bir freqat və köməkçi gəmi göndərib, Cənubi Afrika isə bir freqat və iki köməkçi gəmi təqdim edəcək. Rusiyanı bu təlimlərdə “Admiral Qorşkov” freqatı və “Kama” orta dəniz tankeri təmsil edir.

Xatırladaq ki, 2019-cu ilin noyabrında da CAR, Çin və Rusiyanın oxşar təlimləri keçirilib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]