“Rusiyanın hücumları artıq bir neçə istiqamətdən gerçəkləşir” – Özəl

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “BBC News”a müsahibəsində söyləyib.

“Lakin Zelenski hesab edir ki, Ukrayna qüvvələri əks-hücum əməliyyatına başlayana qədər Rusiyanın irəliləyişinə müqavimət göstərməyə davam edə bilər. Buna baxmayaraq o, Qərbdən daha çox hərbi yardım üçün çağırışlarını yenidən səsləndirib. Kiyev Qərb silahlarının əldə olunmasının sürətindən getdikcə məyus olur. Almaniya, ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra Qərb ölkələrinin ötən ay vəd etdiyi döyüş tanklarının tədarükünün döyüş meydanına çatması hələ də həftələrlə hesablanır”, – nəşr qeyd edib.

Buna baxmayaraq, Zelenskinin sözlərinə görə, o, müharibəni bitirmək üçün kompromis variantının əleyhinədir. “Bu yolu biz seçmişik. Biz təhlükəsizlik zəmanəti istəyirik. İstənilən ərazi güzəştləri bir dövlət olaraq bizi zəiflədə bilər”, – dövlət başçısı bildirib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]