“Türkiyə – tək ürək” proqramından dünya REKORDU

Türkiyə, Azərbaycan və KKTC-də 213 televiziya kanalı və 562 radio ilə canlı yayımlanan zəlzələ qurbanlarının yaralarını sarmaq üçün təşkil edilən “Türkiyə – tək ürək” proqramında toplanan ianələrlə dünya rekordu qeydə alınıb.
Türk xalqı, sənət, iş və idman dünyasının qabaqda gələn adları ilə birlikdə zəlzələ qurbanları üçün ianə toplayan proqramda 115 milyard 146 milyon 528 min TL yardım qeydə alınıb.

Dünyada ən böyük canlı yardım kampaniyası 13 iyul 1985-ci ildə keçirilib. ABŞ və İngiltərədə eyni vaxtda keçirilən tədbirdə iki müğənni Bob Geldof və Midge Ure səhnəyə çıxıb. Efiopiyada aclıqdan xilas olmaq üçün vəsait toplamaq məqsədilə təşkil edilən tədbirə Londonda 72 min, ABŞ-da isə 100 min adam qatılıb, eyni gündə bir çox ölkədə konsertlər təşkil olunub.

“Türkiyə - tək ürək” proqramından dünya REKORDU

Bütün zamanların ən böyük peyk bağlantılarından və yayımlarından birini təqdim edən tədbiri təxminən 1,9 milyard insan izləyib və ümumilikdə 127 milyon dollar ianə toplanılıb. 

Türkiyədəki ortaq yayımda isə cəmi 115 milyard 146 milyon 528 min TL toplanıb. Bu ianə 6 milyard 107 milyon 208 min dollara bərabərdir. Başqa sözlə, bu, dünyada toplanan ən yüksək ianə olub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]