Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 min 44 nəfərə çatıb.
Aktualtv.az xəbər verir ki, axtarış-xilasetmə işləri ilə yanaşı ağır texnika vasitəsi ilə dağıntıların aradan qaldırılması prosesinə də başlanıb. Prosesdən öncə dağıntılardan nümunələr götürülür, ardından isə zəlzələ nəticəsində yaranan dağıntılar təmizlənir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Büllur Məmmədova / aktualtv.az










