Ukrayna əsirlərini geri qaytarıb – Özəl

Ukrayna 100 hərbçi və bir mülki vətəndaşı əsirlikdən geri qaytarıb.

Aktualtv.az xəbər verir ki, Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, 94 hərbçi Mariupolu müdafiə edib, onlardan 64-ü “Azovstal”da döyüşüb.

“Azad edilən döyüşçülər arasında qvardiyaçılar, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onların yaxınları uzun müddətdir ki, yollarını gözləyirdilər”, – Yermak “Telegram”da ​​yazıb. Ofis rəhbəri qeyd edib ki, sərbəst buraxılan çox sayda qəhrəman müxtəlif dərəcəli xəsarətlər alıb.

Yermak onu da əlavə edib ki, aidiyyəti təşkilatlar Rusiya əsirliyində qalan digər hərbi əsirlərin geri qaytarılması istiqamətində işləri davam etdirirlər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]