Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Kahramanmaraş şəhərindən Hataya yola düşüb.
Axtarış-xilasedicilərindən ibarət 114 nəfərdən ibarət şəxsi heyəti və 2 xüsusi təlim görmüş iti Hatay şəhərinə yola salınıb. Azərbaycanın xilasediciləri orada axtarış-xilasetmə əməliyyatları həyata keçirəcəklər. Hazırda nazirliyin digər qrupları Kahramanmaraşın müxtəlif ərazilərində axtarış-xilasetmə işlərinı davam etidirir.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən FHN-in hazırda 760 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib. İndiyədək Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin meyitini çıxarıb.
Etibar Məmmədov / aktualtv.az










