ABŞ Çinin Rusiyaya ölümcül silahlar verməsindən qorxur – Özəl

Birləşmiş Ştatlar Çinin Rusiyaya ölümcül silahlarla bağlı yardımın ötürülməsi ehtimalını nəzərdən keçirdiyindən ehtiyat edir.

Aktualtv.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində deyib.

Blinken, Siyasi Büro üzvü və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) xarici əlaqələr komissiyasının rəhbəri Vanq Yi ilə görüşdən sonra bildirib ki, ABŞ Çinin Rusiyaya iddia edilən dəstəyindən narahatdır. “Biz son illərdə Çinin Rusiyaya siyasi sahədə və hətta bəzi ölümcül olmayan hərbi yardımlarını gördük. Lakin Çinin Rusiyaya ölümcül yardım göstərmək imkanını nəzərdən keçirməsindən son dərəcə narahatıq”-deyə ABŞ dövlət katibi bildirib.

Onun sözlərinə görə, ölümcül silah yardımının göstərilməsi Pekin üçün ABŞ ilə münasibətlərdə “ciddi nəticələr” verəcək.

Bir hissəsi şənbə günü yayımlanan CBS telekanalına müsahibəsində ABŞ diplomatiyasının rəhbərindən ölümcül silah yardımı dedikdə nə demək istədiyini izah etməsi istənilib. O qeyd edib ki, bu, ilk növbədə silahların (sursatdan silaha qədər geniş çeşiddə məhsullar bu kateqoriyaya aiddir) çatdırılmasıdır. “Biz onlara bunun bizim münasibətlərimiz üçün ciddi problem yaradacağını açıqladıq”, – XİN rəhbəri bildirib.

Xatırladırıq ki, yanvarın sonunda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-nin Çini Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına dəstək verməməyə çağırdığını bildirib. Onun sözlərinə görə, Vaşinqton ABŞ-nin Moskvaya qarşı sanksiya rejimini pozan Çindəki şirkətlərə qarşı tədbir görmək niyyətindədir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]