Argentina Ukraynaya humanitar yardım paketi göndərib – Özəl

Ukraynaya humanitar yardım aparan yeni təyyarə Argentinadan Polşaya yola düşüb.

Aktualtv.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyinə xəbər verib.

Xarici İşlər Nazirliyi yanında Argentina Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin rəhbərliyi müharibədən zərər çəkmiş ukraynalılara yardımın 12-ci partiyasını göndərib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, humanitar yardım Argentinada yaşayan Ukrayna diasporu tərəfindən toplanıb.

Bundan əvvəl Argentina və Kolumbiya prezidentləri Alberto Fernandes və Qustavo Petro Ukraynada atəşkəsə nail olmaq üçün tədbirləri gücləndirməyə çağırıblar. Onların fikrincə, bu, “diplomatik səylərin ikiqat artırılmasını” tələb edir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]