Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyası ofisinin rəhbəri və Siyasi Büro üzvü Vanq Yi Münhendə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Pekinin insidentlə bağlı mövqeyini ümumiləşdirib. O, ABŞ-dən güc tətbiq etməklə ikitərəfli münasibətlərə vurduğu ziyanı aradan qaldırmağı tələb edib.
Aktualtv.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Vanq Yi Çinin “hava şarı” vəziyyəti ilə bağlı qəti və ədalətli mövqeyini ifadə edərək, ABŞ tərəfinin siyasi kursunu dəyişməsini və səlahiyyətlərindən sui-istifadə nəticəsində Çin-ABŞ münasibətlərinə dəyən zərəri qiymətləndirməyini və aradan qaldırmağını tələb edib.
Səbinə Kərimova / aktualtv.az










