Dünən gecə İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşqdə bəzi hərbi obyektlərə zərbələr endirib. 13 nəfərin öldüyü, 28 nəfərin yaralandığını bildirir.
Aktualtv.az xəbər verir ki, qeyri-rəsmi mənbələrə görə, raket zərbələri İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin də qaldığı binaya endirilib və ölənlər arasında 9 yüksək rütbəli iranlı zabit də var.
Məlumatda qeyd olunur ki, ölənlərdən biri Sepahın Qüds Qüvvələrinin komandiri İsmayıl Qaanidir. Xatırladaq ki, İ.Qaani 2020-ci ildə Qasım Süleymani ABŞ-ın hava hücumunda öldürüldükdən dərhal sonra Qüds Qüvvələrinin komandiri təyin edilmişdi. Onun ölümü rəsmi təsdiq edilməyib, amma sosial media platformalarında paylaşılır. İran tərəfi hələ heç bir rəsmi mövqe bildirməyib.
Etibar Məmmədov / aktualtv.az










